0
Tez-tez verilən suallar
Məqsədimiz arzu etdiyiniz məkana gəlmədən sifariş verərək restorana gəldiyinizdə sifarişinizin hazırlanmasına vaxt itirmədək yemək yemə servisi təmin etməkdir. İstifadəçilər lunchify.az saytı üzərindən, razılıq əldə olunmuş restoranlara heç bir əlavə məbləğ ödəmədən günün istənilən vaxtı restorana gəlməyə ən az 35 dəqiqə qalmış istənilən yemeyi sifariş verə, istər onlayn istərsə də restoranda nəğd ödəmə edərək yeməyin hazırlanmasına vaxt itirmədən sürətli xidmət əldə edə bilər.
Qeydiyyatdan keçmək üçün lunchify.az saytında var olan qeydiyyat bölməsinə getməyiniz və sizinlə əlaqə yaradabiləcəyimiz məlumatlarınızı qeyd etməyiniz kifayətdir. Qarşınıza çıxan səhifəni doldurduqdan sonra qeyd etdiyiniz telefon nömrənizə göndərilmiş kodu e-mail adresinizə təsdiq məqsədli göndərilmiş uzantıya daxil etməniz sizin qeydiyyatınızda son mərhələ olacaqdır.
Yəmək sifarişi üçün lunchify.az saytında var olan axtar bölməsinə getməyiniz lazım olacaqdır. Axtar bölməsində istər mətbəx tiplərinə görə istərsə də sizə ən yaxın məsafədə olan restoranları seçə bilərsiniz. Seçtiyiniz restoranda var olan menulardan istədiyiniz yeməyi və yeməyin hazır olmasını istədiyiniz vaxtı səbətinizə əlavə edərək açılmış səhifənin sol hissəsində toplam məbləği görə bilərsiniz. Sifariş təsdiq olunduğu anda restoran sifarişinizi qəbul edəcək. Restoran sifarişi qəbul etmək üçün uyğun olduğu halda sifarişi təsdiq edəcək və müştəri təsdiqlə bağlı məlumatlandırılacaq. Restoran sifarişi qəbul edə bilmirsə sifariş restoran tərəfindən ləğv ediləcək və müştəri sifarişin ləğvi barədə məlumatlandırılacaq.
Sifarişinizin ödəməsini istər onlayn olaraq kredit kartı ilə, istərsə də restoranda nəğd ödəyə bilərsiniz. Zira ödəmə üsulunu Sifarişi Ver düyməsi sıxıldıqdan sonra qarşınıza çıxan səhifədə seçməyiniz istəniləcəktir. Onlayn edilən ödəmələr bank kartı məlumatları girildikdan sonra təsdiq olunaraq sifarişin detalları səhifəsinin açılması ilə tamamlanacaqdır. Nəğd ediləcək ödəmələrdə aktiv olaraq işlətdiyiniz telefon nömrəsi sizdən istəniləcəkdir və ödəmə restoranda sifarişci tərəfindən ediləcəkdir.
Məqsədimiz servisə açıq restoranlarda günün istənilən anında sizlərə ən sürətli xidməti təmin etməkdir. Restoranların hansı saatlarda açıq olduğunu və sifarişə açıq boş masaların olub olmadığını restoranların səhifələrindən əldə edə bilərsiniz.