0
Müqavilə
  1. Müqavilənin Təsdiqi

İstifadəçi qeydiyyat səhifəsini dolduraraq üzərindən lunchify.az saytında qeydiyyatdan keçə və saytın xidmətlərindən yararlana bilər. Hər lunchify.az saytı istifadəçisi Lançifay  MMC nin təlimatlarına riayət edəcəyini qəbul edir.

 

  1. Saytdan İstifadə və Təlimatlar

Lunchify.az müştərilərə əvvəlcədən onlayn olaraq restoranlara yemek, içmək sifariş vermək xidmətini təmin edir. Qəbul edilmiş sifarişi Lunchify.az saytı birbaşa restoranlara yönəltir. İstifadəçi və restoran Lunchify.az saytına daxil olmaq üçün qeydiyyat zamanı istifadə etdiyi öz İstifadəçi Adından və Parolundan istifadə etməlidir. Restoranlar açılan panelde istənilən tip yemek daxil edə, yeniləyə və yeməklərin hazır olma vaxtlarını, məqbul hesab edilən qiymətləri daxil edə bilərlər. İstifadəçilər restoranlarda boş yerin olub olmadığını restoranların panellərinə girərək yoxlaya bilər.  İstifadəçilər sifariş üçün seçdikləri  restoranların menyularından istədikləri yemək üzərinə gələrək üstəgəl (+) işarəsinə basmaqla seçim edə bilər. Sayta daxil olduqdan sonra, İstifadəçiyə onun verdiyi və ya vermək niyyətində olduğu istənilən sifarişə görə cavabdeh olmağı qəbul etmək və ya onunla razılaşmaq səlahiyyəti verilir. Restoranlar qəbul edilmiş sifarişləri sifarişçinin məqbul gördüyü zaman çərçivəsində hazırlamaqda və sifarişlərdə yarana biləcək gecikmə hallarında zərəçəkən tərəfin zərərini qarşılamaqda məsuldurlar. Cavabdehlikdən boyunqaçırma halları Azərbaycan Respublikası qanunları çərçivəsində qarşılanır.

 

  1. Ödənişlər

Lunchify.az müştərilərinə həm onlayn debit, kredit kart vasitəsilə həm də restoranlarda nəğd ödəmə üsulları təklif edir. Lunchəfy.az istifadəçiləri sifariş məbləğini sifariş əsnasında seçdikləri üsulla ödəyə bilər.  Hər iki halda ödəməni gerçəkləşdirmək üçün istifadəçilərin keçərli hesab edilə biləcək telefon nömrəsi təqdim etmələri məcburidir. Nəğd ödənişlərdə zəruri olduğu halda restoran tərəfindən istifadəçiyə təsdiq məqsədli zəng oluna bilər. Sifarişlərin qəbzi sifarişçilərə restoranlar tərəfindən verilir. Nəğd ödəmə ilə edilən sifariş sonrası boyun qaçırma hallarında restoranlar və ya Lunchify MMC sifarişi ləğv edə bilər. Zəruri hallarda isə təqdim edilən nömrənin sahibi Azərbaycan Respublikasının inzibati cəzalar məcəlləsində nəzərdə tutulmuş müddəalar ilə hökümlüdürlər.

 

  1. İstifadəçinin Öhdəlikləri

İstifadəçi Lunchify.az saytından yararlıdığı müddətdə, sadəcə işlək e-mail və telefon istifadə edəcəyini, hər qeydiyyatda sadəcə bir e-mail və telefon işlədəcəyini, sahib olduğu hesabdan verdiyi sifarişlərdə hər məsuliyyətin öz üzərində olacağını, lunchify.az-ın verdiyi xidmətləri yaymamağı və ya başqa işlərdə icra etməyəcəyini, restoranlarla aralarında sifarişlərdə/ödəmələrdə yaşanacaq ikili məsuliyyətdə lunchify.az-ı məsul görməyəcəyini və tərəflər arasında yaşanmış anlaşmazlıqlara lunchify.az-ı cəlb etməyəcəyini, lunchify.az ın servis məqsədini başqa şəkillərdə istifadə etməyəcəyini etdiyi təqdirdə qanunla məsuliyyətə cəlb olunacağını və maddi zərəri qarşılayacağını, təhdid edici, ayırıcı, irqçi mesajlardan istifadə etməyəcəyini, istifadə ediləcək qeydiyyat adlarının, rəsimlərin, davranışlarının əxlaqi və etik normalara cavab verəcəyini, dələduzluq ve boyun qaçırma hallarına əl atmayacağını, atdığı təqdirdə bütün məsuliyyətin öz üzərində olacağını və Azərbaycan Respublikası qanunları çərçivəsində cəzalandırılacağını, lunchify.az ın qeyri etik davranışlar zamanı istifadəçinin hesabını donduracağını və qanun çərçivəsində istifadəçini məsuliyyətə cəlb edəcəyini, virus, reklam məqsədli paylaşımlar etməyəcəyini və digər ziyanverici yollara əl atmayacağını qəbul və bəyan edir.